PSJ-nin müdafiəçisi Tiaqo Silva "Barselona" ilə oynanılacaq cavab görüşündə meydana çıxmayacaq.
Metbuat.az "France Football"a istinadən xəbər verir ki, komandalar arasındakı ilk oyunda ombasından zədə alan ulduz futbolçunun bərpa prosesi hələ də davam edir. Bu səbəbdən o, "Nitsa" ilə görüşdə meydana çıxmayıb.
"Barselona" - PSJ matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.