Formula-1-də mövsümün dördüncü yarışı olan Bəhreyn Qran Prisinə yekun vurulub.
Metbuat.az-ın xəbərinə görə, yenə Luis Hemilton hamıdan sürətli olub. "Ferrari" pilotu Kimi Raykkonen ikinci, Niko Rosberq isə üçüncü olub.
1. Luis Hemilton ("Mersedes") - 1:35.05,809
2. Kimi Raykkonen ("Ferrari") - +3,380
3. Niko Rosberq ("Mersedes") - +6,033
4. Valtteri Bottas ("Uilyams") - +42,957
5. Sebastyan Fettel ("Ferrari") - +43,989
6. Daniel Rikkardo ("Red Bull") - +1,01,751
7. Romen Qrojan ("Lotus") - +1,24,763
Sürücülərin sıralamasına aktivində 93 xalı olan Luis Hemilton, konstruktorların çempionatına isə 159 xallı "Mersedes" başçılıq edir.