Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2015" turnirində dördüncü tura start verilir.
Metbuat.az-ın xəbərinə görə, bu günə 5 görüş planlaşdırılıb. Turun mərkəzi oyununda Vladimir Kramnik Vişvanatan Anandla münasibətlərinə aydınlıq gətirəcək. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov Aniş Qiri, Rauf Məmmədov isə Uesli So ilə qarşılaşacaq.
Günün proqramına nəzər salaq:
Maykl Adams - Maqnus Karlsen
Maksim Vaşye-Laqrav - Fabiano Karuana
Aniş Qiri - Şəhriyar Məmmədyarov
Vladimir Kramnik - Vişvanatan Anand
Uesli So - Rauf Məmmədov