İordaniya çempionatında maraqlı hadisə baş verib.

Milli.Az apasport.az-a istinadən məlumatına görə, “Əl-Fayzal” klubunun qapıçısı Mohammed Şatnavi çempionat matçında öz qapısına "baxımlı" qol vurub.
 
“Əl-Vihdat” klubu ilə keçirilən derbinin 54-cü dəqiqəsində rəqib hücumçunun zərbəsini dəf edən Şatnavi havaya qalxan topu akrobatik tullanışla öz qapısına göndərib. Bu zərbədən sonra “Əl-Vihdat” 2:0 hesabı ilə önə keçib və qalan dəqiqələrdə daha bir qol vuraraq böyükhesablı (3:0) qələbə qazanıb.
  
Qeyd edək ki, hazırda İordaniya çempionatına “Əl-Vihdat” başçılıq edir. 7 oyundur qələbə qazana bilməyən “Əl-Fayzal” isə turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото