[ 20 Aprel 2015 13:05 ]



Bakı. Hafiz Heydərov – APA. Gəncə şəhərində qətl hadisəsi baş verib. 

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 18-də Gəncə şəhərində qeydə alınıb. Şəhər sakini Yaqub Qəhrəmani münaqişə zəminində həmyerlisi Əli Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçıb. Nəticədə Ə.Əliyev ölüb.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qəhrəmani və hadisədə iştirak etmiş digər şəxs - şəhər sakini Əli Qəhrəmani tutulublar.

Faktla bağlı araşdırma aparılır.