[ 20 Aprel 2015 11:51 ]



 

Bakı. Cavid Zeynallı – APA. Aprelin 21-də Parisdə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbir UNESCO İcraiyyə Şurasının Plenar Sessiyası çərçivəsində baş tutacaq.

 

Sessiyada UNESCO-nun baş direktoru İrina Bokova, UNESCO Baş konfransı və İcraiyyə Şurasının prezidentləri və UNESCO-ya üzv ölkələrin səfirlərinin iştirak edəcəklər.

 

Tədbir çərçivəsində “Bakı prosesi” barədə xüsusi sərgi təşkil olunacaq, Azərbaycanın mədəniyyət və turizm imkanları nümayiş etdiriləcək.