Portuqaliya ikinci liqasında 40-cı turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Amit Quluzadənin çıxış etdiyi "Atletiko" da növbəti matçına çıxıb.
Lissabon təmsilçisi səfərdə "Oriental"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Quluzadə oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Atletiko" hazırda 36 xalla 22-ci pillədə qərarlaşıb.
Fanat.az