Dortmundun “Borussiya” klubu yeni baş məşqçisini rəsmi şəkildə mediaya təqdim edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu, əvvəllər “Maynz”ı çalışdıran Tomas Tuxeldir.
 
41 yaşlı mütəxəssis bu ilin iyulundan öz işinə başlayacaq. Müqaviləyə əsasən, almaniyalı 3 il müddətində “sarı-qaralar”ı çalışdıracaq.
  
Xatırladaq ki, “Borussiya”nın indiki baş məşqçisi Yurqen Klopp klubdan yayda ayrılacaq. Komandanın son uğursuzluqlarının ardından rəhbərlik onunla vidalaşacaqlarını bildirmişdi.

Milli.Az