Misir məhkəməsi Port-Said stadionunda kütləvi davada iştirak etmiş 11 futbol xuliqanına ölüm hökmü çıxarıb. Fanat.az oxu.az-a istinadən xəbər verir ki, son qərarı mayın 30-da Misirin ali müftisi Şauki Allam verəcək.


Sonra isə məhkəmə bu işdə təqsirli bilinən daha 63 nəfərin işinə baxacaq. Onların arasında təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı da var.


Xatırladaq ki, hadisə 2012-ci ilin fevralında Port-Said stadionunda baş verib. Azarkeşlər meydançaya daxil olaraq “Əl-Məsri” komandasına uduzan Qahirənin “Əl-Əxli” klubunun futbolçularını döyməyə başlayıblar. Kütləvi dava və sonrakı sıxlıq nəticəsində 74 nəfər ölüb, minlərlə insan xəsarət alıb.


Dava zamanı stadionda 500-ə yaxın təhlükəsizlik qüvvələrinin əməkdaşı olsa da, onlar heç bir tədbir görməyiblər.   


Fanat.az