Azərbaycanda güləşin inkişafı məqsədilə 7 regional bölmə açılıb.

Bunlardan birincisi Bakı və Abşeron yarımadasını əhatə edir. Lent.az-ın müxbirinin Azərbaycan Güləş Federasiyasının konfransından verdiyi məlumatına görə, bu regional bölməyə rəhbərlik “Yeni həyat” şirkətinin prezidenti Babək Babayevə həvalə olunub.

2 saylı Xızı-Abşeron-Quba-Xacmaz regional bölməsinə 4 saylı Ərazi Vergilər İdarəsinin rəisi Məhəmməd Balaqardaşov, 3 saylı Şirvan-Hacıqabul-Salyan bölməsinə 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi Azər Miriyev, 4 saylı Göyçay-Ağdaş bölməsinə 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyev, 5 saylı Yevlax-Şəki regional bölməsinə Polad Əliyev, 6 saylı Gəncə-Daşkəsən bölməsinə Vaqif Məmmədov rəhbərlik edəcək. 7 saylı regional bölməyə isə hələlik rəhbər təyin olunmayıb.

Xatırladaq ki, regionlar üzrə hər bir nümayəndəlik hüquqi şəxs statusuna malikdir və onlar məşqçilərin hazırlanması, məktəblərin vəziyyəti ilə bağlı məsələlərə cavabdehlik daşıyacaqlar.