Təhsil Nazirliyinin yeni dərs ilindən tətbiq etdiyi qaydalar müəllimlərin bir qismini işsizlik təhlükəsi ilə üz-üzə qoyub
Təhsil Nazirliyinin pedaqoji işçilərin işə qəbulu üçün tətbiq etdiyi yeni qaydalar orta məktəb müəllimlərinin narazılığına səbəb olub. Yeni qaydalara görə, nazirliyin rəsmi icazəsi olmadan nə məktəb direktoru, nə də Rayon Təhsil şöbəsi müəllimləri işə qəbul edə bilər.
Həmçinin, yeni dərs ilindən etibarən ibtidai siniflərdə dərslərin müəllimlər arasında bölünməsinə də qadağa qoyulur. Bu isə dərs yükü 18 saatdan az olan müəllimlərin işdən azad edilməsi təhlükəsi yaradıb.
Təhsil Nazirliyinin bu qərarı rayon və kənd məktəblərində daha ciddi problemlər üzə çıxarıb. Belə rayonlardan biri Bərdədir. Rayon Təhsil İdarəsindən Lent.az-a bildiriblər ki, hazırda təkcə şəhər məktəblərində 7, ayrı-ayrı kəndlərdə isə ümumilikdə 18 müəllim çatışmır. Halbuki, bu məktəblərdə işləmək üçün 30-a yaxın təhsil işçisi müraciət edib. Ancaq təhsil nazirinin avqustun sonlarında imzaladığı əmrə əsasən, məktəb direktoru və Rayon Təhsil Şöbəsinin məktəbə işçi qəbul etməsinə icazə verilmir.
Təhsil şöbəsində bildirirlər ki, yeni qaydalara görə, müəllim işləmək istəyən şəxs öz sənədlərini əvvəlcə nazirliyə göndərməlidir, nazirlik isə rayonda boş müəllim yer olduğu halda müraciəti qəbul edə bilər. Amma bu, heç də iş axtaran müəllimin işə düzəlməsi demək deyil. Çünki nazirlik ərizəçinin işləmək istədiyi məktəbdə çalışan müəllimlərin dərs yükünün 18 saat olub-olmadığını dəqiqləşdirməlidir. Əgər məktəbdə hər hansı müəllimin dərs yükü minimum 18 saat deyilsə və boş qalan yerlər hətta qeyri-ixtisas fənni olsa belə, həmin dərslər faktiki 18 saatdan az dərsi olan müəllimə verilir. Belə olan halda yenicə işləmək istəyən müəllimin müraciətinə baxılmır. Ən azı 18 saat dərs yükünə malik boş iş yeri olduqda isə nazirlik müraciət müəllifinin şəxsi keyfiyyətini və pedaqoji bacarığını yoxladıqdan sonra onun boş iş yerini tutması ilə bağlı Rayon Təhsil Şöbəsinə təqdimat göndərməlidir.
Bundan başqa, bu il ilk dəfə birinci siniflərdə tətbiq olunan kurrikulum islahatlar da müəllimlər üçün ciddi problem yaradıb. Yeni qaydalara görə, birinci sinifdə ingilis dili istisna olmaqla digər fənlərin bölünməsinə icazə verilmir. Yəni birinci sinifdə ingilis dili fənnindən başqa bütün dərsləri yalnız bir müəllim deyə bilər. Ancaq orta məktəblərdə ibtidai sini müəllimlərinin sayı çox olduğundan təhsil müəssisələrinin rəhbərləri müəllimlərin bir çoxunu işlə təmin edə bilmir.
Yeni qaydalarla işləmək çətin olduğundan məktəb direktorları müəllimlər arasında dərs bölgüsü apara bilmir. Çünki minimum dərs yükünün 18 saata qaldırılması, birinci siniflərdə isə dərslərin yalnız bir müəllimə verilməsi hər məktəbdə ən azı 10-15 müəllimin işsiz qalmasına səbəb olur. Elə bu səbəbdən də birinci rübün başa çatmasına baxmayaraq, kənd məktəblərində dərs bölgüsü hələ təsdiqlənməyib.
Bərdə Rayon təhsil Şöbəsində bildirirlər ki, son illər ölkədə müəllim bolluğu yarandığından onların bir qismi 12, hətta 6 saata işləməyə də razı olurdu. İndi isə qaydalar dəyişib. Bu, o deməkdir ki, indiyədək 6, 8, 10, 12 saat dərs yükü olan müəllimlər bundan sonra öz peşələri ilə vidalaşmalı olacaqlar.
Bu cür təhlükə ilə üzləşmiş müəllimlər isə nazirliyin təhsil islahatlarının belə formada aparılmasına etiraz edir. Onların bildirdiyinə görə, bu qərar əslində müəllimlər üçün yaxşı perspektiv vəd edir. Çünki minimum dərs yükünün 12 saatdan 18 saata qaldırılması pedaqoji işçilərin daha çox maaş almasına və onların maliyyə təminatının yaxşılaşmasına gətirib çıxarır. Ancaq ölkədə müəllim bolluğu şəraitində bu islahatların keçirilməsi yolverilməzdir.
Təhsil Nazirliyində isə bu problemin müvəqqəti olduğunu və tədricən aradan qaldırılacağını deyirlər. Nazirlikdən Lent.az-a bildiriblər ki, həqiqətən də ibtidai siniflərdə ayrı-ayrı fənlərin bir neçə müəllim tərəfindən aparılması qadağan edilib. Çünki kurrikulum islahatına görə, ibtidai təhsildə hər sinfin bir müəllimi olmalı və dərsin keyfiyyətinə də o məsuliyyət daşımalıdır.
Elxan SALAHOV
Təhsil sahəsindəki yeni qayda problem yaradıb
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
news.lent.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10