Miladi: 19 aprel 2015
Hicri: 29 Cəməduəs-sani 1436

İlin 109-cu günü
İlin sonuna 256 gün qalır


Bu günün namaz vaxtları:

Fəcr - 05.44
Günəş - 06.58
Zöhr - 13.44
Əsr - 18.01
Məğrib – 20.36
İşa – 22.00

1775-ci ildə ABŞ İstiqlaliyyət müharibəsinə başlayıb

1882-ci ildə ingilis bioloq Çarlz Robert Darvin vəfat edib

1905 -Məşhur memar Mikayıl Hüseynov (1905-1989) Bakıda anadan olub. Bakının arxitekrutasına gözəllik verən onlarla tikilinin (Nizami adına Ədəbiyyat Muzeyi, M.F.Axundov adına Dövlət Kitabxanası, MEA-nın binası, Musiqi Akademiyası, "Azərbaycan" mehmanxanası və s.) müəllifidir.

1907 - Xalq şairiMəmməd Rahim (1907-1977) anadan olub. "Leninqrad göylərində", "Abşeron torpağında" poeamalarının, "Azərbaycan kantatası" şeirlər toplusunun müəllifidir.

1907-ci ildə bəstəkar Əfrasiyab Bədəlbəyli dünyaya gəlib

1919 - Tanınmış kinorejissor Əjdər İbrahimov (1919-1993) anadan olub. Bakı kinostudiyasında, "Mosfilm"də işləyib. "Onun böyük ürəyi", "Ulduzlar sönmür", Məhəbbətim mənim, kədərim mənim" və s. filmlərə quruluş verib.

1948-ci ildə ABŞ yeni bir atom silahını Marşall adasında sınaqdan keçirdi

1954-cü ildə Rövşən Almuradlı anadan olub

1971-ci ildə ilk kosmik stansiya “Salyut-1” fəzaya göndərilib

1972-ci ildə türk aktrisa Binnur Kaya dünyaya gəlib

1979-cu ildə amerikalı aktrisa Keyt Hadson dünyaya gəlib

1987-ci ildə rus tennisçi Mariya Şarapova anadan olub

1987-ci ildə Məşhur cizgi film "The Simpsons" televiziyada nümayiş edildi

1991 - Bakı şəhərində 1990-cı ilin 20 yanvarından qüvvədə olan qadağan (komendant) saatı rejimi ləğv edilib.

1995 - "Gülüstan" Sarayında Azərbaycanın "Əsrin müqaviləsi"ndəki (1994) payından 5 faizin ABŞ-ın "Ekson" şirkətinə verilməsi haqqında sənədlər imzalanıb. Azərbaycan "Əsrin müqaviləsi" ətrafında geoiqtisadi balansın təmin olunması üçün özünün 30 faizlik payından 10 faiz Rusiyanın "LUKoyl" şirkətinə, 5 faiz də Türkiyənin TPAO şirkətinə vermişdi.

2002-ci ildə Azərbaycan Respublikası San Marino ilə diplomatik əlaqələr qurub

2005-ci ildə 78 yaşlı alman kardinal Cozef Ratsinqer yeni Roma papası oldu. Yeni papanın XVI Benedikt adından istifadə edəcəyi bildirildi
Mənbə
ANS PRESS