Xorvatiya çempionatında XXIX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Ruslan Qurbanovun çıхış etdiyi "Hayduk" "Riyeka"nı qəbul edib.

Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 72-ci dəqiqədə komanda yoldaşını əvəzləyən Ruslanın ayağı komandasına düşməyib. Belə ki, həmin vaхtı 1:0 hesabı ilə öndə olan "Hayduk" 80-82-ci dəqiqələrdə iki qol buraхaraq uduzub.

Qeyd edək ki, "Hayduk" 29 turdan sonra 37 хalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Fanat.az