Bakıda, Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən yolda ağır qəza baş verib. Təcili yardım maşını ilə Opel markalı avtomobil toqquşub.
 
Milli.Az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, zərbənin qüvvəsindən təcili yardım maşını aşıb. Avtomobildə olan həkim qadın isə xəsarət alıb.
 
Hadisə yerinə digər təcili yardım maşını gəlib.
 
Teymur Hacıyev
Milli.Az