Vergi işçiləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri başlayıb
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş onuncu şahmat turnirinə start verilib.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, turnir Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil edilib. Turnirdə vergi orqanlarının bütün struktur bölmələrinin əməkdaşları iştirak edirlər. Olimpiya sistemi üzrə keçirilən turnir mayın 2-də başa çatacaq.
Nazirliyin Aparatının rəhbəri Zeynalabdin Məmmədzadə turnirin açılışında Azərbaycanda şahmatın zəngin inkişaf tarixinin olduğunu vurğulayaraq ölkəmizdə bu sahədə güclü idmançıların yetişdiyini bildirib. Qeyd olunub ki, ölkəmizdə idmanın bu növünün daha sürətli inkişafı, şahmatçılarımızın beynəlxalq səviyyədə uğurlarının artması xalqımızın ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərli dövründən geniş vüsət alıb. Məhz həmin dövrdə şahmatın inkişafına göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanın bir çox şəhər və rayonunda şahmat məktəbləri və klublar açılıb. Məhz həmin dövrdə ölkəmizdə idmanın bu növünə maraq kütləvi xarakter alıb və Azərbaycan şahmat məktəbi formalaşmağa başlayıb.
Prezident İlham Əliyevin hazırda şahmatın inkişafına böyük diqqət yetirdiyini söyləyən natiq bu məqsədlə 2009-cu ildə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında xüsusi Sərəncam imzalandığını da vurğulayıb. Qeyd olunub ki, bu tədbirlərin nəticəsində şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı artır. Dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr gənclər arasında şahmata marağı daha da artırır. Hazırda respublikada fəaliyyət göstərən uşaq-gənclər şahmat məktəblərində və klublarda 40 min nəfər idmanın bu novu ilə məşğul olur.
Bildirilib ki, şahmat üzrə iki dəfə Avropa çempionu olmuş Azərbaycan bu sahədə nüfuzlu beynəlxalq yarışlara da ev sahibliyi etməyə başlayıb. Bu günlərdə Şəmkirdə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ikinci beynəlxalq turnir keçirilir. Gələn il isə ölkəmizdə Şahmat Olimpiadası keçiriləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10