[ 18 Aprel 2015 12:56 ]



Bakı. Fuad Cəfərov – APA. Lənkəranda iki öncə mənzildən külli miqdarda pul oğurlayan şəxslər saxlanılıb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində 2013-cü il avqustun 20-də Mais İbrahimovun evindən 15 000 manatın rayon sakinləri Yusif Rəhmanlı, Murad Canızadə və qardaşı Azər tərəfindən oğurlandığı müəyyən edilib.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Y. Rəhmanlı və M. Canızadə tutulublar.