"Real" ciddi itki ilə üzləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın hücumçusu Kərim Benzema məşq zamanı sağ dizindən zədələnib.
Madrid klubunun baş məşqçisi Karlo Ançelotti fransalı oyunçunun "Malaqa"ya qarşı İspaniya La Liqasında keçiriləcək matçda oynamayacağını deyib. Təcrübəli mütəxəssis futbolçusu Fabio Koentrauya da istirahət verəcəyini söyləyib.
Qeyd edək ki, "Real" - "Malaqa" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Milli.Az
Milli.Az