Türkiyədə yaşayan iş adamı Rza Zərrabın “Beşiktaş” futbol klubunun prezidenti Fikrət Ormanla nahar edəndən sonra klubun bazasını gəzməsi klubun azarkeşlərini qəzəbləndirib.

ANS PRESS-in məlumatına görə, klubun bütün dünyada məşhur olan fanatik “Çarşı” tərəfdar qrupu öz Twitter hesabından bu görüşə qarşı olduğunu açıqlayıb.

Tərəfdarlar 2013-cü ilin dekabr ayında Türkiyədə həyata keçirilən rüşvət və korrupsiya əməliyyatlarını xatırladaraq Rza Zərrabın da təqsirləndirilən şəxslərdən biri olduğuna diqqət çəkiblər.

Fan-klub üzvləri belə bir insanın “Beşiktaş”la bağlı olmasına etiraz etdiklərini bildiriblər. Onlar R.Zərrabı oğurluqda və korrupsiyada ittiham ediblər.
Mənbə
ANS PRESS