"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Pol Skolz son açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Metbuat.az "The Independent"ə istinadən xəbər verir ki, canlı əfsanənin fikrincə, "Mançester Siti"nin növbəti məşqçisi Yurgen Klopp yox, Pep Qvardiola olacaq:

"Yurgen Kloppun İngiltərədə müvəfəqqiyət qazanacağına şübhə etmirəm. Sadəcə hansı klubda çalışacağı ilə bağlı sual cavabını gözləyir. Tez-tez "Mançester Siti"nin adını çəkirlər. Ancaq məncə, "Bavariya" ilə müqaviləsi bitdikdən sonra "Qvardiola" "şəhərlilər"ə baş məşqçi təyin olunacaq".