[ 17 Aprel 2015 13:40 ]


Bakı-APA. Aprelin 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək.

 

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, aprelin 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi dağlıq ərazilərdə çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. 

 

Havanın temperaturunun gecə 5-10, gündüz 17-22, bəzi yerlərdə 24, dağlarda gecə 1-6, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı gözlənilir.