Azərbaycan, Bakı, 17 aprel /Trend/
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Mingəçevirdə vətəndaşları qəbul edəcək.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev aprelin 24-də saat 11:00-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində (20 yanvar küç.148) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
DGK-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Mingəçevir, Şəki, Yevlax, Ağdaş rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar aprelin 23-ü saat 11:00-dək “192”Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-24) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az