Zabrat qəsəbəsində evdə ər və arvadı bıçaqlanıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, Zabratda yaşayan Yusif Cəfərova və arvadı Ofeliyaya bıçaqla xəsarət yetirmiş Ceyhun Kalov tutulub.

DİN-dən bildirilir ki, hadisə münaqişə zəminində baş verib. Belə ki, Yusif Cəfərovun evində qohumu, Gürcüstan vətəndaşı Ceyhun Kalov münaqişə zəminində ona və arvadı Ofeliyaya bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Cinayət hadisəsindən sonra Sabunçu RPİ 15-ci PB əməkdaşlarının əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Nəticədə cinayəti törətmiş C.Kalov tutulub.
Mənbə
ANS PRESS