Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İlkin İzzət/

Bakının əsas prospekti bağlanır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə deyib ki, bu gün saat 22:00-dan Hüseyn Cavid prospektində yolun hərəkət hissəsinin üfiqi nişanlanması ilə əlaqədar prospektin bir hissəsində hərəkət tam bağlanacaq, bəzi hissəsində isə qismən məhdudlaşdırılacaq.

Təmir işlərinin apreln 18-nə keçən gün səhər 04:00-da bitməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az