[ 17 Aprel 2015 11:01 ]
Bakı. Fuad Cəfərov – APA. Zaqatalada 60 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Aşağı Tala kəndində qeydə alınıb. Rayon sakini, 1955-ci il təvəllüdlü Gülnaz Yusif qızı Şabanova yaşadığı evin hamamında dəm qazından boğulub.
Faktla bağlı araşdırma aparılır.