Suraxanıda ər əvvəlcə arvadını bıçaqlayıb, daha sonra da özünə xəsarət yetirib.

APA TV-nin məlumatına görə, hadisə rayonun Tağıyev küçəsində qeydə alınıb.  31 yaşlı Məhəmməd Əliyev yaşadığı evdə həyat yoldaşı 23 yaşlı Ayşən Gülüşova ilə mübahisə edib. Ailədaxili mübahisə o həddə çatıb ki, kişi həyat yoldaşına baş nahiyəsindən bıçaqla xəsarət yetirib. Həyat yoldaşını al-qan içində görə Məhəmməd Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət endirib.  Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər xəstəxanasına çatdırıblar.
 
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az