[ 17 Aprel 2015 04:42 ]
Bakı. Fərahim Qasımov-APA. Suraxanıda ər əvvəlcə arvadını bıçaqlayıb, daha sonra da özünə xəsarət yetirib.
APA TV-nin məlumatına görə, hadisə rayonun Tağıyev küçəsində qeydə alınıb. 31 yaşlı Məhəmməd Əliyev yaaşdığı evdə həyat yoldaşı 23 yaşlı Ayşən Gülüşova ilə mübahis edib. Ailə daxili mübahisə o həddə çatıb ki, kişi həyat yoldaşına baş nahiyəsindən bıçaqla xəsarət yetirib. Həyat yoldaşını al-qan içində görə Məhəmməd Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət eytirib. Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər xəstəxanasına çatdırıblar.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.