FİFA prezidenti Yozef Blatterin dediyinə görə, 2026-cı ildə futbol üzrə dünya çempionatı Afrika ölkələrindən birində keçiriləcək.
 
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, bunu Blatter Misirin Nile Sports telekanalına verdiyi müsahibəsində deyib.
 
"Çempionata ev sahibliyi etmək istəyən ölkələr artıq müraciətlərini hazırlaya bilərlər", - seçkiqabağı kampaniyası çərçivəsində rəsmi səfərlə Qahirədə olan Y.Blatter deyib.
 
Hazırda DÇ-2026-ya ev sahibliyi etmək üçün Kanada, Meksika və Kolumbiya ərizə veriblər. ABŞ, Qazaxıstan və Mərakeşin namizədlikləri razılaşdırma ərəfəsindədir. Namizədlərin yekun siyahısı bu il tərtib olunacaq, qalib ölkənin adı isə 2017-ci ildə açıqlanacaq.
 
Afrikada futbol üzrə dünya çempionatı yalnız bir dəfə, 2010-cu ildə CAR-da keçirilib.
 
Milli.Az