Salyanda rayon sakini bir ailənin 3 üzvünü güllələyərək xəstəxanalıq edib. Özü isə polis tərəfindən tutularaq dəmir barmaqlıqlar arxasına salınıb.
Güllələnmə hadisəsi axşam saatlarında Salyan rayonunun Yenikənd kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini 21 yaşlı Rəşad Məmmədov üzərində gəzdirdiyi "TOZ-8" markalı tüfənglə həmkəndliləri Xədicə Didarovanı və onun qızı - 17 yaşlı Baharı, 15 yaşlı oğlu Xanqulunu güllələyib və hadisə yerindən qaçıb. Yaralılar dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, zərərçəkənlərin yaxınlarının dediklərinə görə, Rəşad Məmmədovla Bahar Didarova arasında sevgi münasibətləri varmış. Təxminən bir-iki ay əvvəl Rəşad Baharı qaçırıb. Lakin ailə daxilində yaranan münaqişə nəticəsində qız ata evinə qayıdıb. Bundan qəzəblənən oğlan isə qızı, anasını və qardaşını evdəcə güllələyib.
Polis əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində Rəşad Məmmədov şübhəli şəxs qismində saxlanılıb və ona məxsus olan "TOZ-8" markalı tüfəng maddi sübut kimi götürülərək şöbəyə gətirilib.
Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az
Milli.Az