Millət vəkilindən sərt açıqlama
ANS PRESS xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Aydın Mirzəzadə Facebook səhifəsində paylaşdığı "Avropa Türkiyə ilə Ermənistan arasında seçim edir?" başlıqlı yazısında bildirib.
O yazıb ki, əslən Argentinadan olan Roma Papası Fransiskin oradan olan erməni əsilli dostlarının tövsiyəsi ilə "genosid" hərəkatına dəstək verən bəyanat verdi və bunu reallıqla bağlamağa çalışdı. Ancaq o bu addımı ilə "Made in armenia" olan 100 illik bir yalana dəstək vermiş oldu və xristian dininin sülh dini olduğunu məqsədli surətdə unutduğunu gizlədə bilmədi.
Dünən isə Avropa Parlamenti (AP) uydurma 1915-ci il erməni soyqırımı iddiasını öz qətnaməsi ilə dəstəklədi. Düzdür, AP-nin 616 üzvündən cəmi 61 nəfər deputatın bu qeyri-obyektiv qərarın qəbulunda iştirak etməsi heç yerdə vurğulanmadı. Qitə parlamentində qərarın qəbulu üçün kvorum yoxdur, ancaq qərar Avropa adından qəbul edilib.
Daima dünyaya ədalət və sülh çağırışı edən Avropa 61 nəfər təmsilçisinin səsi ilə əvvəlki çağırışını qarşıdurma və ədalətsizliyi müdafiə çağırışına çevirdi.
Onun sözlərinə görə, Avropa Parlamenti Ermənistanın Türkiyəyə qarşı böhtanlarını dəstəkləməklə öz tarixinin ən biabırçı qərarını qəbul etmiş oldu. Birinci Dünya müharibəsində erməni hərbi birləşmələrinin Osmanlıya qarşı qanlı mübarizəsinin nəticələrini ədalətsiz şəkildəTürkiyənin adına yazmış oldu. Türkiyə hökumətinin həmin dövrün arxivlərini açmaq barədə təklifinə Ermənistanın razı olmaması faktını isə Avropa Parlamentində heç kim eşitmək istəmədi.
Deputat sonda yazıb: "Avropa Parlamenti "genosidçilər" hərəkatının Türkiyəyə qarşı iddialarının arxasında Ermənistanın Türkiyəyə qarşı torpaq iddialarının durduğunu və dünyanın siyasi xəritəsini dəyişmək istəyinin olduğunu məqsədli surətdə görmək istəmir. Necə ki, həmin parlamentərilər Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini və XX əsrin ən dəhşətli facilərindən olan Xocalı faciəsini törətdiyini də israrla görmək istəmir.
Avropa Parlamenti dünənki qətnaməsi ilə Türkiyə ilə Ermənistan arasında seçimində Ermənistana üstünlük verdi. Ancaq parlament bununun siyasi nəticələrini təssüf ki, nəzərə almaq istəmədi." Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10