"Real" rəhbərliyi "Benfika"nı məhkəməyə verməyə hazırlaşır.
Metbuat.az "El Confidencial"a istinadən xəbər verir ki, məsələ Esekiel Qarayın "Benfika"dan "Zenit"ə transferi ilə əlaqədardı. Sözügedən keçid rus klubuna 6 milyon avroya başa gəlmişdi. Məbləğin yarısı - 3 milyon avro isə "Real"a çatmışdı.
Ancaq Madrid klubu portuqaliyalıların real transfer dəyərini gizlətdiyini iddia edir. Onların fikrincə, Qaray 15 milyon avro müqabilində "Zenit"ə keçib.
UEFA-nın qaydalarına əsasən, futbolçunun transferi reallaşanda məbləğin yarısı onun yetişdiyi komandaya çatır.