Mövsümün gözlənilən filmlərindən olan “Son Mektup”un baş qəhrəmanı Nəzrin Cavadzadə filmin premyerasında iştirak etmək üçün aprel ayının 15-i Bakıya gəlib. Azərbaycanın premium kinoteatrı “28 Cinema”da baş tutan filmin Qala gecəsində N. Cavadzadə ilə yanaşı filmin prödüsseri Ozhan Eren və Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri İsmail Alper Coşkun iştirak edib.“28 Cinema”da “Son mektup” filminin Qala gecəsi keçirilib
Qala gecədən öncə N. Cavadzadə və Ozhan Eren media nümayəndələri üçün təşkil olunmuş mətbuat konfransında iştirak ediblər, onları maraqlandıran suallara cavablandırıblar və film haqqında geniş məlumat veriblər.
Daha sonra baş tutan qala gecədə qonaqlar “28 Cinema”da nümayiş olunan “Son mektup” filmini izləyiblər və pərəstişkarları ilə birgə fotosessiyada iştirak ediblər.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.



