Tanınmış türkiyəli müğənni Demet Akalın gərgin iş qrafiki səbəbindən çətin günlər keçirdiyini və yeni konsert təkliflərini bir-bir rədd etdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Şimali Kiprdəki çıxışından əvvəl jurnalistlərlə görüşən sənətçi həddindən artıq yorulduğunu bildirərək “tükənmişlik sindromu”an (həddindən artıq fiziki və mənəvi yorğunluq) yaxalandığını qeyd edib. Müğənni artıq əvvəlcədən planlaşdırılan şoulardan başqa heç bir yeni işi qəbul etmədiyini və son dövrlər gərgin bir tempdə çalışdığını vurğulayıb.

Demet Akalın bunun bir şıltaqlıq olmadığını, yorğunluğun tamamilə fərqli və ağır bir mərhələsini yaşadığını səmimi şəkildə etiraf edib. Eyni zamanda aparıcılıq etdiyi televiziya proqramının bitməsinə cəmi altı veriliş qaldığını deyən Akalın mövcud gərginliyin artıq onun sağlamlığına uyğun olmadığını dilə gətirib.