[ 16 Aprel 2015 14:08 ]


Bakı. Fərid Mirzəyev - APA. Bakı və Abşeron yarımadasında aprelin 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərdə duman, çiskin olacaq.

Mülayim cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 6-8, gündüz 14-18 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında aprelin 17-də bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

 

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 24, dağlarda gecə 1-6, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.