Noyabrın 17-də axşam İrəvanda tədqiqatçı jurnalistlər Assosiasiyasının rəhbəri, “Etk” online- həftəliyinin baş redaktoru Edik Baqdasaryana hücum olub.

Lent.az-ın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, jurnalist başından zədə alıb.

İşdən evə qayıdan Baqdasaryana üç nəfər hücum edərək başından daşla vurublar. Cinayətkarlar jurnalistə məxsus fotoaparatı aparıblar. Baqdasaryan İrəvandakı xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib və həkimlərin nəzarəti altındadır. Onun özünü normal hiss etdiyi bildirilir.

Baqdasaryan döyülməsinin siyasi sifariş ola biləcəyini istisna etmir. Agentlik bildirir ki, “Etk” erməni oliqarxları və siyasətçilərinə aidiyyatı olan materiallar çap edir.