[ 16 Aprel 2015 11:32 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Səbail Rayon Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafayevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi təqdimata baxılıb.

 

Bu barədə APA-ya məlumat verən vəkil Əfqan Məmmədov bildirib ki, məhkəmənin qərarı ilə E. Mustafayev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

 

Qeyd edək ki, E. Mustafayev ötən il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.