"Bakı"nın iki futbolçusu Fransanın "Lans" klubuna transfer olunacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunlar Mahir Mədətovla Ülvi Süleymanovdur. Onlar mövsümün sonunda paytaxt klubundan ayrılacaqlar. Buna səbəb hər iki oyunçunun Fransa təmsilçisindən təklif almasıdır.
 
Ülvi ilə Mahir vaxtilə "Lans"ın U-19 komandasında çıxış ediblər. Bundan sonra isə onlar sözügedən komandanın əvəzedici heyətində yer alacaqlar. Mədətovla Süleymanovun iyun ayında Fransaya yola düşməsi gözlənilir.

Milli.Az