[ 16 Aprel 2015 09:43 ]



Şiyəzən. Vəli Turan - APA. Siyəzən rayonunda zəhərlənmə qeydə alınıb.

 

Məşrif kənd sakini, 1993-cü il təvəllüdlü Nağıyeva Şəhla Ənnağı qızı müxtəlif dərmanlar içib, nəticədə halı pisləşib.

 

Yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılan gənc qız reanimasiya şöbəsinə yerləşdirilib.

 

Tibb müəssisəsindən verilən məlumata görə, xəstənin vəziyyəti ağır-stabildir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.