Qol.az-ın məlumatına görə, növbəti oyun günündə daha iki qarşılaşma keçirilib.
Bu mərhələyə qədər inamla irəliləyən və məğlub olmayan “Portu” öz meydanında “Bavariya”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb – 3:1.
Digər oyunda isə PSJ və “Barselona” klubları üz-üzə gəliblər. Görüş kataloniyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Luis Enrikenin komandası yarımfinala vəsiqəni böyük ölçüdə həll etmiş olub.
15 aprel
Çempionlar Liqası, 1/4 finalın ilk oyunları
23:45. "Portu" (Portuqaliya) - "Bavariya" (Almaniya) - 3:1 Qollar: Quarejma, 3-pen. (1:0), 10, (2:0), Alkantara, 28 (2:1), Martinez, 65 (3:1)
23:45. PSJ (Fransa) - "Barselona" (İspaniya) - 1:3
Qollar: Neymar, 18 (0:1), Suarez, 67 (0:2), 79 (0:3), Van der Vil, 82 (1:3)
14 aprel
"Yuventus" (İtaliya) - "Monako" (Fransa) - 1:0
Qol: Arturo Vidal, 57-pen. (1:0)
"Atletiko" (Madrid, İspaniya) - "Real" (Madrid, İspaniya) - 0:0
Milli.Az