“Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru “Giltex” fabrikində olub
Bakı, 15 aprel, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Gilan” tekstil parkının ticarət nişanı “Giltex” fabrikində olub.
“Bakı-2015”dən AZƏRTAC-a bildiriblər ki, Sumqayıtdakı müəssisədə istehsal prosesi ilə tanış olan S.Kleq tekstil parkının rəhbərliyi ilə əməkdaşlıq məsələlərini müzakirə edib. Saymon Kleq bildirib ki, ilk Avropa Oyunları Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək. Ölkənin yeni şirkətlərindən olan “Giltex”də yüksək keyfiyyətli məhsul istehsalı üçün hər cür şərait var. BEGOC-un xidmət heyəti, 18 min könüllü və digər sahələrdə çalışacaq əməkdaşlar üçün uniforma və geyimlər məhz bu müəssisədə hazırlanacaq.
Fabrik yüksək keyfiyyətli məhsullar istehsal etdiyi üçün birinci Avropa Oyunlarının vahid geyim təchizatçısı seçilib. Uniformaların yerli pambıqdan hazırlandığı müəssisədə istehsal prosesində heç bir kimyəvi məhsuldan istifadə edilmir. Bu fabrikdə BEGOC üçün 7 növdə ümumilikdə 110 min uniforma istehsal olunacaq. Bu geyimlərə həm kişi, həm də qadın işçi qüvvəsi, eləcə də texniki və rəsmi heyət, habelə mərasim iştirakçıları üçün müxtəlif çeşidli köynəklər daxildir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10