Azərbaycan hökuməti ilə Ümumdünya Turizm Təşkilatı arasında saziş imzalanıb
Madrid, 15 aprel, AZƏRTAC
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 14-15-də İspaniyanın paytaxtı Madriddə keçirilən Dünya Səyahət və Turizm Şurasının qlobal sammitində iştirak etmək üçün bu ölkədə səfərdədir.
Sammit çərçivəsində nazir BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifai ilə görüşüb.
Görüşdə bu il mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə təşkil ediləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri müzakirə edilib. Keçiriləcək sessiyanın qaydaları, tərəfdaşlıq məsələləri, Azərbaycanın beynəlxalq layihələrdə iştirakı da söhbət zamanı diqqət mərkəzində olub.
Görüş zamanı Azərbaycan hökuməti ilə Ümumdünya Turizm Təşkilatı arasında üzv ölkədə turizm kadr potensialının gücləndirilməsi sxemi üzrə ekspertin təqdim olunması barədə saziş imzalanıb.
Görüşdə müzakirə mövzusu olan digər məsələ isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində turizm layihələrinin həyata keçirilməsindən yaranan narahatlıq olub. Əbülfəs Qarayeb bildirib ki, növbəti iclaslarda bu məsələ ciddi müzakirə olunacaq.
Xatırladaq ki, sammitin ilk günü mədəniyyət və turizm naziri BMT ÜTT tərəfindən təşkil olunan, dünyanın turizm nazirləri və qabaqcıl korporasiya və şirkətlərinin rəhbərləri arasında “dəyirmi masa” formatında görüşdə iştirak edib. O, ölkəmizin turizm imkanları, Ümumdünya Turizm Təşkilatına üzv ölkələrlə sıx əməkdaşlıq mövzusunda çıxış edib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10