"Report"un xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Belə ki, Bakıdakı Heydər Məscidi mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib.
Qeyd edək ki, siyahıdakı obyektlər dövlət büdcəsindən maliyyələşdirilən və maliyyə yardımı alan müəssisə və təşkilatlarda dövlət büdcəsinin vəsaiti, təsərrüfathesablı müəssisə və təşkilatlarda isə öz vəsaiti hesabına təmin edilir.