"Qarabağ" bu gün yola düşüb.

Metbuat.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın XXX turunda "Simurq"un qonağı olacaq komanda Zaqatalaya yollanıb. Aprelin 17-sində baş tutacaq qarşılaşmadan sonra "Qarabağ" yenə də ölkənin şimalında qalacaq. Belə ki, komanda aprelin 21-də bir daha "Simurq"la üz-üzə gəlməli olacaq. Bu dəfə ölkə kubokunun yarım-finalında... 

Yarım-final qarşılaşmasından sonra Ağdam təmsilçisinin Bakıya dönəcəyini nəzərə alsaq, komandanın paytaxtı 1 həftəlik tərk etdiyini söyləmək olar.