[ 15 Aprel 2015 14:50 ]



 

Bakı. Fuad Cəfərov – APA. Rusiyada cinayət törətmiş şəxs Ağdamda həbs edilib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Seymur Babayev tutulub.