Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir.
Metbuat.az-ın məlumatına görə, bu gecə daha iki görüş keçiriləcək. Gecənin mərkəzi matçında PSJ "Barselona"nı qəbul edəcək. Bir digər maraqla gözlənilən oyunda isə ÇL-in əsas favoritlərindən olan "Bavariiya" "Porto"nun qonağı olacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
23:45. PSJ - "Barselona"
23:45. "Porto" - "Bavariya"