Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanda nənə və nəvə döyülüb.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunan Şahin Məlikov şəhər ərazisində kirayədə yaşadığı mənzildə, oranın sahibi Güllü Hüseynovanı və nəvəsi Zərifə Bayramovanı döyüb. O, daha sonra Z.Hüseynovanın qızıl boyunbağısını alaraq hadisə yerini tərk edib. Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məlikov tutulub.
Hadisə ilə bağlı araşdırmalar aparılır.