BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və onları Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, dünyanın bir çox tanınmış şirkətləri və universitetləri ilə qurulan əməkdaşlıqdan danışan rektor E.Qasımov Azərbaycan ilə Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən də söz açıb.
Xəzər Strateji İnstitutunun Ali Məşvərət Şurasının üzvü, keçmiş səfir Halil Akıncı yenidən Azərbaycana gəlişindən və BANM-də qonaq olmasından məmnunluğunu ifadə edib. H.Akıncı təmsil etdiyi İnstitutun başlıca məqsədinın Xəzər regionu ilə bağlı müstəqil araşdırma və tədqiqatların aparılması, həmçinin strateji və yeni təkliflərin irəli sürülməsi olduğunu bildirib. O, institutun fəaliyyəti və hədəfləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Görüşdə ikitərəfli əməkdaşlıq imkanları, Xəzər Strateji İnstitutunun nəşr etdiyi müxtəlif tədqiqat materialları, həmçinin gələcəkdə seminar, təlim və praktik kursların təşkil edilməsi barədə müzakirələr aparılıb.
Sonda qonaqlar professor-müəlim heyəti və tələbələrin suallarını cavablandırdılar.
Milli.Az