Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun saytına istindən yaydığı xəbərə görə, Şota Arveladzeni istefaya göndərən İstanbul təmsilçisini bundan sonra Öndər Özən çalışdıracaq.

Son olaraq “Beşiktaş”da idman direktoru olan mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. Onun köməkçisi isə Türkiyə millisinin, “Beşiktaş”ın və “Trabzonspor”un sabiq futbolçusu Mehmet Aurelio olacaq.

Milli.Az