Fransızlar Avropa Oyunları üçün məşhur qadın cüdoçu Oton Pavianı seçiblər
Paris, 15 aprel, AZƏRTAC
Fransanın www.independant.fr internet portalında ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarından və Fransanın cüdo üzrə qadınlardan ibarət yığma komandasında idmançıların seçimindən bəhs edən “Cüdo: Oton Pavia Avropa Oyunları üçün seçilib” sərlövhəli məqalə yerləşdirilib.
İyun ayında keçiriləcək Bakı-2015 ilk Avropa Oyunlarının idman tarixində mühüm hadisə olacağı diqqətə çatdırılan məqalədə bu oyunlar üçün Azərbaycanın ceçilməsinin heç də təsadüfü olmadığı, ölkəmizin iqtisadi inkişafının buna imkan verdiyi, bir çox beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyi vurğulanır. Yarışların yüksək səviyyədə keçməsi üçün hazırlıq işlərinin artıq yüksək səviyyədə başa çatdığı qeyd olunur.
Məqalədə iyun ayının 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında cüdo üzrə Fransa yığma komandasına adlı-sanlı, təcrübəli 16 idmançının daxil edilməsindən, məşqçilərin uğurlu oyunu ilə komandasına dəfələrlə qələbə qazandıran, qadınlar arasında ən şanslı idmançı hesab olunan Oton Paviaya böyük ümid bəsləmələrindən bəhs edilir.
Çox erkən yaşlarından cüdo ilə məşğul olan O.Pavianın Bankoqda gəncələr arasında keçirilən dünya çempionatında ilk uğura imza atdığı, 2013-cü ildə Budapeştdə Avropa çempionatının final yarışında avstarliyalı rəqibi Sabrina Filmser üzərində inamalı qələbə qazanaraq qızıl medala layiq görüldüyü, ikinci qızıl medalını isə 2014-cü ildə Fransanın Monpelye şəhərində dünya çempionatında almaniyalı idmançı Miriyam Roneplə görüşdə əldə etdiyi bildirilir.
Fransanın qadınlardan ibarət cüdo komandasının ən güclü idmançısı hesab olunan 26 yaşlı Oton Pavia fərdi yarışlarda 6 qızıl, 2 gümüş və 3 bürünc, komanda tərkibində isə 3 qızıl və 2 gümüş medal qazanıb. Yığma komandanın məşqçisi çəki dərəcəsinə görə dünya qadın cüdoçuları arasında ikinci idmançı hesab olunan A.Pavianın Bakıda keçiriləcək Avropa Oyunlarında növbəti qələbə qazanacağına böyük ümid bəsləyir. Bütün bunlar məqalədə öz geniş əksini tapıb.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10