Neftin dünya bazarlarında qiyməti bahalaşmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenidən bahalaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.36 dollar (0.68%) artaraq 53.65 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.38 dollar (0.65%) bahalaşaraq 58.81 dollar olub.

Bir sıra ekspertlər düşünür ki, ABŞ-ın İrana qarşı ehtiyatlı davranışı neftin bahalaşmasına səbəb olacaq.
Mənbə
ANS PRESS