Bu haqda geniş açıqlamanı ANS PRESS-ə tanınmış təşkilatçı Aqil Məmiyev verib.
"Müsabiqə Amerka Birləşmiş Ştatlarının Koliforniya ştatında keçiriləcək. İyul ayının 10-dan 18-ə qədər davam edən müsabiqədə, müğənnilər, aktyorlar, rəqqaslar, rəqs qrupları, modellər, instrumentalistlər, vokalistlər ölkəmizi təmsil edəcək. Dünya və Hollivud ulduzları ilə müsabiqədə olmaq həqiqətən bir fərx hissidir. Öncədən seçiləcək təmsilçilərimizə uğurlar diləyirəm", – deyə, təşkilatçı bildirib.
Kastinq yolu ilə seçilən təmsilçilərimiz təşkilatı Azərbaycan üzrə komitənin rəyinə və müsabiqənin prezidentinin rəyinə əsasən ölkəmizi mötəbər yarışda təmsil edəcək.
Xatırladaq ki, illər öncə bu müsabiqədə ölkəmizi tanınmış skripkaçı Ceyhun, xalq aristimiz İlhamə Quliyeva, model Valida Abbasova və başqaları təmsil edib.
MənbəANS PRESS